BAKI, 14 sentyabr — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 646 nikah və 8 862 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2-dən 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Xatırladaq ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 35 min 243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 191 min 609 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb.