SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa ölkələrinin Azərbaycan qazına ehtiyacı var - Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri deyib ki, Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası və Şərqi Avropa ölkələri əvvəl üzünü Türkiyəyə, sonra isə Azərbaycana doğru döndərib.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. "Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası ölkələri, Şərqi Avropa ölkələri öncə üzünü Türkiyəyə, daha sonra can Azərbaycana döndü".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN rəhbəri bildirib ki, çünki onların Azərbaycanın təbii qazına ehtiyacları var:
"TAP və TANAP, digər təbii qaz boru xətləri ilə bərabər bu ölkələrə yardım etmək üçün lazımi tədbirləri görürük. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını nə qədər artıra bilər?
Hazırda bu rəqəm 16 milyard kub metrdir, 2023-cü ilin sonunda bu rəqəm 26 milyard kub metrə, 2024-cü ilin sonunda bu rəqəm 31 milyard kub metrə çatacaq. Demək olar ikiqat artım deməkdir. Əlbəttə bizim də təbii qaza ehtiyacımız var. Amma bu ölkələri də düşünürük" (APA).