PAYTAXT XƏBƏRLƏRİ

BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 484731 şagird təhsil alacaq

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46200 şagird təhsil alacaq
Sputnik
BAKI, 13 sentyabr — Sputnik. Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 484731 şagird təhsil alacaq.
BŞTİ-dən verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46200, IX sinfində 37987, X sinfində 26898, XI sinfində 25551, XII sinfində 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 35722 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29320 beşyaşlının cəlb olunacağı gözlənilir.
2022-2023-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28739 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4299 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb və 340 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.