BAKI, 13 sentyabr - Sputnik. Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi qarşıdurmalarla əlaqədar olaraq ATƏT Daimi Şurasının xüsusi iclası çağırılıb.
Bu barədə ATƏT sədrliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.