BAKI, 13 sentyabr — Sputnik. 2022-ci ilin 1-31 avqust müddətində ümumilikdə 52 aptekdə monitorinq keçirilib.
Analitik Ekspertiza Mərkəzindən verilən xəbərə görə, 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.
Qeyd edək ki, bir müddət öncə də apteklərdə yoxlamalar aparılmışdı. İyulda 35 müəssisədə aparılan yoxlama zamanı qeydiyyatsız və sertifikatsız dərman vasitələri aşkarlanmayıb.