Mətbuat mərkəzi

Xəzər Media Forumunda nə baş verib?

Forumda daha hansı mövzuların müzakirə olunacağı, onun iştirakçıları tərəfindən hansı təşəbbüslərin qaldırılacağı, habelə Xəzər dövlətlərinin media sahəsində qarşılıqlı fəaliyyət perspektivləri Sputnik Azərbaycan-a müzakirə ediləcək.
Sputnik
Sentyabrın 9-10-da Həştərxanda "Xəzər mediası. Gənclik ölçüsü" adlı Beynəlxalq Xəzər Media Forumu keçirilib. Xəzəryanı dövlətlərin nümayəndələri ilə yanaşı, ilk dəfə olaraq Özbəkistan, Belarus və Moldovadan olan nümayəndə heyətlərinin də forumda iştirakı əlamətdar olub.
Xəzər Media Forumu çərçivəsində müasir media mövzusunda debatlar keçirilib, kontentin mənası və informasiyaların yayılması üçün üsulların əhəmiyyətindən danışılıb. İştirakçılar həmçinin media layihələrinin strukturunun müasir tendensiyalardan asılı olaraq necə dəyişməsini müzakirə edib, kütləvi kommunikasiyaların tendensiyaları və çağırışlarından bəhs ediblər.
Forumda daha hansı mövzuların müzakirə olunacağı, onun iştirakçıları tərəfindən hansı təşəbbüslərin qaldırılacağı, habelə Xəzər dövlətlərinin media sahəsində qarşılıqlı fəaliyyət perspektivləri barədə sentyabrın 12-də, saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir iştirakçıları politoloq İlqar Vəlizadə və Azərbaycan Rus icması rəhbərinin müavini, CBC telekanalının siyasi şərhçisi Anastasiya Lavrina danışacaqlar.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.