SƏHİYYƏ

Toz allergiyaya, zökəmə, konyunktivitə səbəb ola bilər

Toz yığılmalarında patogenlər, gənələr və ya parazit yumurtalarının olması mümkündür.
Sputnik
BAKI, 12 sentyabr - Sputnik. İstənilən məkanda yığılan toz allergiya, zökəm, konyunktivitə səbəb ola bilər.
Tozda çoxlu mineral və üzvi hissəciklər var, o yuxarı tənəffüs yolları və bronxları tutur.
AZƏRTAC bildirir ki, toz yığılmalarında patogenlər, gənələr və ya parazit yumurtalarının olması mümkündür.
Mütəxəssislərin sözlərinə görə, həmin toz gənələri həyatları boyu insan orqanizminə allergen kimi təsir edə bilən zülali maddələri ifraz edə bilər. Həmçinin bu dənəciklər bronxial astma, ekzema və davamlı rinit təhlükəsi də yaradır.
SƏHİYYƏ
Alimlər xərçəng terapiyası üçün tropik bitkilərdən material yaradıblar