BAKI, 12 sentyabr - Sputnik. Knyaz Aleksandr Nevskinin anım günündə Rusiyanın Azərbaycandakı səfirliyinin ərazisində müqəddəsə həsr olunmuş kilsədə dualar edilib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından verilən məlumata görə, mərasimə Azərbaycan paytaxtının Tanrı Anasının Mövludu Kilsəsinin rəhbəri, protoierey Antoni Dolinin rəhbərlik edib.
Knyaz Aleksandr Nevskinin anım günündə Rusiyanın Azərbaycandakı səfirliyinin ərazisində müqəddəsə həsr olunmuşibadət mərasimi keçirilib
© Photo : Бакинская и Азербайджанская епархия
Xidməti Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, diplomatlar və səfirliyin əməkdaşları müşahidə ediblər.
Knyaz Aleksandr Nevskinin anım günündə Rusiyanın Azərbaycandakı səfirliyinin ərazisində müqəddəsə həsr olunmuşibadət mərasimi keçirilib
© Photo : Бакинская и Азербайджанская епархия
Qeyd edək ki, ötən həftə Azərbaycanın pravoslavları yeparxiya bayramını - Apostol Varfolomey yadigar əşyalaının gətirilməsini qeyd ediblər.