CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin komitə iclasında 7 məsələ müzakirə ediləcək

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Sputnik
BAKI, 12 sentyabr — Sputnik. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək. Bu barədə məlumat Milli Məclisin mətbuat xidmətindən verilib.
Sentyabrın 16-da keçiriləcək iclasın gündəliyinə 7 məsələ daxil edilib.
1.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-ilin yaz sessiyası dövründə gördüyü işlər barədə hesabatı.
2.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-cilin payız sessiyası üçün nəzərdə tutulan iş planı haqqında.
3.
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4.
"Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6.
"Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7.
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi.
Xatırladaq ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.