BAKI, 12 sentyabr — Sputnik. ABŞ və NATO, o cümlədən Böyük Britaniya müttəfiqləri Kiyevə əks-hücumun təşkilində, o cümlədən kəşfiyyat məlumatlarının ötürülməsində kömək ediblər. Bu sözləri ABŞ Senatının kəşfiyyat komitəsinin sədri Mark Uorner CNN-ə müsahibəsində deyib.
Siyasətçi Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə qısamüddətli irəliləməsini məhz bununla əlaqələndirib.
"Bu, qismən ABŞ və NATO müttəfiqlərimizin böyük dəstəyinin nəticəsidir. Bu, qismən bizim kəşfiyyat qurumunun ukraynalılar və dostlarımızla, xüsusən də britaniyalılarla işimizin nəticəsidir”, - deyə Uorner bildirib.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, 2022-ci il sentyabrın 6-dan sentyabrın 10-dək Ukrayna Silahlı Qüvvələri Nikolayev-Krivoy Roq və Xarkov istiqamətlərində 12 mindən çox itki verib. Onlardan 4 mini öldürülüb, 8 mini isə yaralanıb.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Sibir Federal Dairəsində milli təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda deyib ki, Qərbin Ukrayna nasist rejiminə geniş miqyaslı yardımına və Rusiyaya qarşı misli görünməmiş sanksiyalar təzyiqinə baxmayaraq, Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədlərinə nail olunacaq.
“Ümumiyyətlə, Ukrayna ətrafında baş verənlər göstərir ki, ABŞ və onun vassalları Ukraynada sonradan mülki şəxslərə qarşı istifadə edilən silah, hərbi texnika təchizatını artırmaqla münaqişəni uzatmağa çalışırlar”, - deyə Patruşev bildirib.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, "Qərbin nasist rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı görünməmiş sanksiya təzyiqinə baxmayaraq, xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq”.