Şahzadə Karl ötən cümə axşamı anası Kraliça II Elizabetin ölümündən sonra Britaniyanın yeni kralı oldu. Taxt-tacın rəsmi təhvil verilməsi prosesi Londonda Müqəddəs Ceyms sarayında toplanan Varislik Şurasında baş tutub. Ənənəvi olaraq, məclis əvvəlki hökmdarın ölümündən sonra bir gün ərzində keçirilir, lakin bu dəfə kraliçanın ölümü axşam saatlarında baş verdiyi üçün taxt-tacın təhvil verilməsi prosesi təxirə salınıb və şənbə günü baş tutub.
Sentyabrın 8-də Bukinqem Sarayı Böyük Britaniya Kraliçası II Elizabetin 96 yaşında vəfat etdiyini açıqlayıb. Yeni monarx Şahzadə Çarlz III Karl adını monarx olaraq seçib. O vərəsəlik mərasimindəki çıxışında mərhum Kraliça II Elizabetdən nümunə götürəcəyini vəd edib.