RUSİYA

Sanksiyalar RF-nın Şimali Avropa və Baltikyanı ölkələr arasında münasibətlərini pozub

Rusiya XİN hesab edir ki, anti-Rusiya sanksiyalarının gedişi siyasi dialoqa mane olur
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Anti-Rusiya sanksiyaları Şimali Avropa ölkələri, Baltikyanı ölkələr və Rusiya arasında siyasi dialoqa mane olur.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbərinin birinci müavini Vladimir Titovun Rusiyanın bu regionlardakı səfirləri ilə görüşünün yekunlarına dair məlumatında deyilir.
"Bildirilib ki, onların (Şimali və Baltikyanı ölkələr) qarşıdurma xarakterli anti-Rusiya kursu siyasi dialoqun davam etdirilməsinə mane olur. Bütün sektoral və şəxsi sanksiyalara qoşulmaları isə ikitərəfli münasibətlərin tamamilə iflasına səbəb olub", - deyə nazirlik qeyd edib.
Qurumdan, həmçinin qeyd olunub ki, ticarət-iqtisadi və investisiya əlaqələrinə xitam verilməsi, şirkətlərin Rusiyadan təxribatla çıxarılması, sənaye, elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın kəsilməsi vəziyyəti daha da gərginləşdirir və bütün növ diplomatik münasibətləri uzaqlaşdırır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya ilə həmsərhəd ölkələrin rusların girişini əngəllədiyini yazılıb. Baltikyanı ölkələr və Polşa sentyabrın 19-dan şengen vizalarına giriş məhdudiyyətləri tətbiq edir.