BAKI, 10 sentyabr - Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında “Brent” markalı neftin qiyməti 3,69 dollar artaraq 92,84 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 3,25 dollar bahalaşaraq 86,79 dollar olub.
Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,8 dollar artaraq 95,1 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.