SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın Baş naziri amerikalı diplomatla Azərbaycanla əlaqələri müzakirə edib

Filip Riker və Nikol Paşinyanın görüşündə Azərbaycanla münasibətlərin normallaşması müzakirə olunub.
Sputnik
BAKI, 10 sentyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.
Bu barədə Sputnik Ermənistan Baş nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Paşinyan və Riker Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eyni zamanda, regionda sabitlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.
Tərəflər 44 günlük müharibədən sonra yaranmış humanitar məsələləri də müzakirə edib.
RUSİYA
Sülh prosesi aktivləşir - Xovayev Ermənistanı nəyə razı salmalıdır?