BAKI, 9 sentyabr — Sputnik. Rusiya Silahlı Qüvvələri Nikolayev-Krivorojsk istiqamətində Ukraynanın hücumlarını dayandırıb. Ukrayna qoşunları itki verərək geri çəkilib, Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna silahlı qüvvələri Nikolayev-Krivorojsk istiqamətində bir neçə uğursuz hücum cəhdi edib, itki verib və geri çəkilib.
Rusiya Silahlı Qüvvələri bir sutka ərzində Nikolayev-Krivorojsk istiqamətində 270-dən çox ukraynalı silahlı, 3 tank, 4 piyada döyüş maşını, 7 zirehli texnika, 22 pulemyotlu yük maşını məhv edilib.
Zərbələr Nikolayev vilayətinin Bezymennoe, Novoqriqoriyevka və Xerson vilayətinin Suxoy Stavok yaşayış məntəqələri ərazilərində 46-cı aeromobil briqadasının, 35-ci dəniz piyada briqadasının və 61-ci piyada briqadasının canlı qüvvəsinə və hərbi texnikasına endirilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.