BAKI, 9 sentyabr — Sputnik. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb.
"G" qrupunun ilk turunda Qurban Qurbanovun komandası Almaniya çempionatında liderlik edən "Frayburq" klubu ilə qarşılaşıb. Qarşılaşmanın artıq 7-ci dəqiqəsində Vinçenso Qrifo penaltidən hesabı açıb, səkkiz dəqiqə sonra isə Ritsu Doan oyunda fərqlənib. 15-ci dəqiqədə 0:2 hesabı ilə məğlub olan Ağdamın klubu üçün oyun son dərəcə uğursuz başlayıb.
Lakin fasilədən əvvəl "Qarabağ" bir qol vura bilib - 39-cu dəqiqədə Marko Veşoviç hesabdakı fərqi minimuma endirib. Görüşün ikinci hissəsində ağdamlıların yaxşı şansları olub, 82-ci dəqiqədə isə hakim Abdullah Zubirə qarşı qayda pozulduqdan sonra "Frayburq"un qapısına penalti təyin etməyib.
Beləliklə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb və ikinci turda - sentyabrın 15-də Qurbanovun komandası ilk turda evdə Yunanıstanın "Olimpiakos" komandasına qalib gələn Fransanın "Nant" klubunu qəbul edəcək (2:1).