BAKI, 9 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,52 dollar artaraq 89,67 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,35 dollar bahalaşaraq 83,89 dollar olub.
Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 92,3 dollar olub.
Qeyd edək ki, neft tələbi ilə bağlı narahatlıqlar, artan neft ehtiyatları və digər proseslər neft qiymətinin həftə ərzində enməsinə səbəb olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.