AZƏRBAYCAN XƏBƏRLƏRİ

Çaylarda daşqın gözlənilir-Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti dağlıq ərazilərə dolu düşəcəyi barədə proqnoz verib.
Sputnik
BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanın rayonlarında qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.