BAKI, 9 sentyabr - Sputnik. Leninqradın mühasirəsi bu şəhərin tarixində ən ağır dövrlərdən biridir. İnsanlar 900 gün, 900 gecə mərdliklə, ləyaqətlə dözüb dayandılar. Şəhərin mühasirəsi 1941-ci il sentyabrın 8-də başlanmışdı. Faciəli mühasirə günlərinin başlanmasını yad etmək üçün Bakıdakı Rus Evində anım tədbiri keçirilib.
Bakıdakı Rus Evində Leninqradın mühasirəsi qurbanlarının xatirəsi yad edilib
© Photo : Russian Information and Cultural Center in Baku
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, tədbir “Danışır Leninqrad” adlı sərginin açılışından başlanıb. Sonra musiqili-ədəbi gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Maqsud Musazadə və Samirə Rəhimova, “Günay” uşaq teatr studiyasının aktrisaları İnqa və Veronika Boxoldinalar, Zlata Marina, habelə gənc istedadlar – Yeva Aranoviç, Aslan Qurbanov və Yusif Nurullayev çıxış ediblər.
Bakıdakı Rus Evində Leninqradın mühasirəsi qurbanlarının xatirəsi yad edilib
© Photo : Russian Information and Cultural Center in Baku
Qeyd edək ki, Leninqradın mühasirəsi dövründə ümumilikdə 1 milyona yaxın sakin, o cümlədən aclıq üzündən 600 mindən çox adam həlak olub.
Bakıdakı Rus Evində Leninqradın mühasirəsi qurbanlarının xatirəsi yad edilib
© Photo : Russian Information and Cultural Center in Baku
Müharibə dövründə Hitler faşistlərdən dəfələrlə bu şəhəri yerlə-yeksan etməyi, sakinlərini tamamilə məhv etməyi tələb edib. Lakin istər gülləbaran və bombardmanlar, istərsə də aclıq və soyuq Leninqradın müdafiəçilərinin əzmini qıra bilmədi.