BAKI, 8 sentyabr — Sputnik. Sabahdan başlayaraq sentyabrın 14-nə qədər Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtında dəyişiklik ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-i xəbər verib.
Müvəqqəti dəyişiklik edilən reyslərin nömrələri cədvəldə sarı rənglə işarələnib:
Xatırladaq ki, sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı dəyişmişdi. Təmir işləri ilə əlaqədar olaraq Bakı istiqamətində hərəkət edən Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarına və Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə müvəqqəti olaraq Biləcəri stansiyasının meydan tərəfdəki deyil, əks tərəfdəki platformasında aparılıb.