BAKI, 7 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Tszinpin arasında görüş olacaq.
"Report" xəbər verir ki, bunu Rusiyanın Pekindəki səfiri Andrey Denisov bildirib.
İki ölkə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçiriləcək sammiti çərçivəsində bir araya gələcəklər.
Qeyd edək ki, ŞƏT-in zirvə toplantısı sentyabrın 15-16-sında keçiriləcək.
Xatırladaq ki, bu təşkilart 2001-ci il iyunun 15-də yaradılıb.
ŞƏT-in üzvləri bunlardır: Hindistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Pakistan, Rusiya və Çin.