HƏRBİ

“TurAz Qartalı-2022” təlimində növbəti təlim-məşq uçuşları icra olunub

Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib.
Sputnik
BAKI, 7 sentyabr - Sputnik. Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib.
Birgə taktiki-uçuş təlimi davam edir.
Qeyd edək ki, sentyabrın 5-dən başlanan təlimdə Türkiyə və Azərbaycanın Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcək.
HƏRBİ
“TurAz Qartalı - 2022” təlimində bir sıra tapşırıqlar icra olunub