BAKI, 7 sentyabr — Sputnik. Bakının Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.
Sürücülərdən dəyişikliyi nəzərə almaları və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.