RUSİYA

Sanksiyalar Rusiya Federasiyasına tərəfdaşlıq əlaqələrinin inkişafına necə kömək etdi

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, daha çox sanksiyalar, Rusiyaya daha çox əls dostlar qazandırıb.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında Rusiya əleyhinə sanksiyaların Rusiya Federasiyasına dostlar tapmasına necə kömək etdiyini bildirib.
Zaxarovanın sözlərinə görə, Şərq iqtisadi forumu çərçivəsində o, Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olan bir sıra Asiya dövlətlərinin nümayəndələrinin çıxışlarını dinləyib.
"Nəticə. Daha çox sanksiyalar - daha çox dostlar. Həm də əsl dostlar", - deyə XİN nümayəndəsi yazıb.
Belə ki, Myanmanın dövlət inzibati şurasının sədri, Baş Nazir Min Aun Xlayn bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bütün dünyada sabitliyi təmin edir, həm də "dünyanın lideri"dir.
Eyni zamanda Rusiyanın Çindəki səfiri Andrey Denisov iki ölkə arasında hərbi ittifaqın yaradılması ehtimalını təkzib edib.
RUSİYA
Putin Avropa İttifaqının yalanını üzə çıxardı: dəhşətli rəqəmlər