BAKI, 7 sentyabr — Sputnik. Rusiya öz valyuta bazarını, həmçinin işsizlik səviyyəsini tarixi minimumda sabitləşdirərək Qərbin iqtisadi, maliyyə və texnoloji aqressiyasının öhdəsindən gəlir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Şərq İqtisadi Forumunda (ŞİF) çıxış edərkən deyib.
"Rusiya Qərbin iqtisadi, maliyyə və texnoloji təcavüzünün öhdəsindən gəlir. Valyuta bazarı sabitləşib, işsizlik səviyyəsi tarixi minimum həddə çatıb. Qiymətləndirmə və proqnozlar yaz fəslinin əvvəlinə nisbətən daha nikbindir ", - deyə Rusiya prezidenti qeyd edib.