RUSİYA

Qərb yalnız ona sərf edən dünya nizamını qoruyub saxlamağa çalışır — Putin

Rusiya prezidenti beynəlxalq münasibətlər sistemində tektonik dəyişikliklərin baş verdiyini, Asiya-Sakit okean regionu ölkələrinin rolunun artdığını qeyd edib.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Qərb yalnız özünə faydalı olan dünya nizamını qoruyub saxlamağa çalışır. Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
O, beynəlxalq münasibətlər sistemində tektonik dəyişikliklərin baş verdiyini, Asiya-Sakit okean regionu ölkələrinin rolunun artdığını qeyd edib.
"Buna baxmayaraq, Qərb ölkələri əvvəlki, yalnız onlara sərf edən dünya nizamını qoruyub saxlamağa, hamını özlərinin uydurduqları, özlərinin də mütəmadi olaraq pozduqları bədnam qaydalara uyğun yaşamağa məcbur etməyə çalışır, bu qaydaları daim mövcud konyukturadan asılı olaraq dəyişirlər", - deyə Putin bildirib.
Onun fikrincə, digər ölkələrin Qərbin qaydalarına tabe olmaq istəməməsi Qərb elitalarını "özlərindən çıxmağa", dünya təhlükəsizliyi, siyasət və iqtisadiyyat baxımından, avantürist qərarlar qəbul etməyə vadar edir.
"Bu qərarlar ölkələrin və xalqların, Qərb dövlətlərinin öz vətəndaşlarının maraqlarına ziddir", - deyə Rusiya prezidenti vurğulayıb.
Sentyabrın 5-8-də Vladivostokun Russki adasındakı Uzaq Şərq Federal Universitetinin kampusunda Şərq iqtisadi forumu keçirilir. "RİA Novosti" forumun baş media tərəfdaşı kimi çıxış edir.