RUSİYA

Putin Trassın Böyük Britaniyanın baş naziri vəzifəsinə təyin edilməsi barədə

Rusiya lideri Böyük Britaniyada baş nazir seçilməsi prosedurunu qeyri-demokratik adlandırıb
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Böyük Britaniyada dövlət başçısının seçilməsi proseduru demokratik prinsiplərdən uzaqdır. Rusiya mediası xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclası zamanı bildirib.
"Böyük Britaniyada demokratik prinsiplərdən uzaq dövlət başçısının seçilməsi proseduru fəaliyyət göstərir" deyən Putin, İngiltərə xalqının hökumət dəyişikliyində iştirak etmədiyini və buna uyğun olaraq da Liz Trassın hökumət kabinetinə rəhbər seçildiyini bildirib.
Putin vurğulayıb ki, hakim elitanın bu prosesdə öz mexanizmləri var.
Eyni zamanda, Rusiya lideri qeyd edib ki, Rusiya ilə münasibətləri necə quracağına Böyük Britaniya özü qərar verir və ardıcıl olaraq öz maraqlarını qoruyacaq.
Bu yaxınlarda Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, Rusiya müstəqil siyasət aparmaqla öz milli maraqlarını daim qoruyacaq suveren dövlətdir.