RUSİYA

Putin: Rusiya biznesi ölkə qarşısında yüksək səviyyədə məsuliyyət nümayiş etdirir

Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin "LXR" və "DXR" rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək barədə qərar qəbul etdiyini açıqlayıb.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Qərbin məhdudiyyətləri altında olan Rusiya biznesi ölkə və vətəndaşlar qarşısında yüksək səviyyədə məsuliyyət nümayiş etdirir. Rusiya mediası xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasında çıxışı zamanı bildirib.
"Bütövlükdə Rusiyanın sahibkarlar birliyi bu gün ölkə, vətən və Rusiya vətəndaşları qarşısında öz məsuliyyətini ən yüksək səviyyədə nümayiş etdirir. Mən bunu qeyd etmək və buna görə minnətdarlığımı bildirmək istəyirəm", - deyə prezident qeyd edib.
Xatırladaq ki, Vladimir Putin ŞİF-ın plenar iclasında vurğulayıb ki, Qərb ölkələrinin iqtisadi qanunları pozan qərarları "bumeranq kimi özlərinə qayıdacaq".
Bundan əvvəl Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya enerji resurslarına məhdudiyyət qoyulacağı təqdirdə öz ziyanına olsa, heç kimə qaz və neft verməyəcək. Eyni zamanda o, Rusiyanın müqavilə öhdəliklərini yerinə yetirəcəyini də vurğulayıb.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin "LXR" və "DXR" rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək barədə qərar qəbul etdiyini açıqlayıb.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb olub.