BAKI, 7 sentyabr — Sputnik. Qərb inkişaf etməkdə olan ölkələri aldadır və özünü "müstəmləkəçi" kimi aparır. Bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu-2022-də (ŞİF) çıxışı zamanı bildirib.
"Bir çox ölkələr müstəmləkəçi kimi çıxış edib, çıxış etməyə də davam edirlər. Onlar inkişaf etməkdə olan ölkələri aldadıblar və aldatmaqda da davam edirlər. Dünyada ərzaq problemlərinin miqyası artacaq", - deyə Rusiya lideri qeyd edib.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Qərb ölkələri Ukrayna böhranından yalnız öz maraqları üçün istifadə edir və Qərb elitaları, prinsipcə, "qızıl milyardlar ölkələri"ndən başqa heç kimə kömək etmək istəmirlər. Qərbin öz tərəfdaşlarına belə münasibətinə misal olaraq Putin "taxıl müqaviləsi"ni göstərib. O bildirib ki, bunun nəticəsində Ukrayna taxılı (razılaşmalara zidd olaraq) Afrika dövlətlərinə deyil, Aİ ölkələrinə ixrac edilir.