RUSİYA

Putin Avropa İttifaqının yalanını üzə çıxardı: dəhşətli rəqəmlər

Rusiya prezidenti bildirib ki, Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadıb və aldatmaqda davam edir.
Sputnik
BAKI, 7 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracını məhdudlaşdırmaq barədə düşünməyi təklif edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla mütləq məsləhətləşəcəyini bildirib.
"Mən bu mövzuda Türkiyə prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı o və mən Ukrayna taxılının ixracı mexanizmini işləyib hazırlamışıq. İlk növbədə kasıb ölkələrə kömək etməliyik, bəs praktikada nə baş verir". Putin bunu ŞİF-2022 plenar iclasında deyib.
Ən çox ehtiyacı olan ölkələrə yardımı nəzərdə tutan BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində yalnız iki gəmi yüklənib.
"Vurğulayıram: 87-dən yalnız ikisi. Onlar 2 milyon tondan 60 min ton ərzaq ixrac ediblər - bu, inkişaf etməkdə olan ölkələrə göndərilənlərin cəmi 3 faizidir. Avropa İttifaqı inkişaf etməkdə olan ölkələri növbəti dəfə aldadıb və aldatmaqda davam edir" - Putin bildirib.
Onun sözlərinə görə, artıq dünyada 345 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir - 2019-cu illə müqayisədə 2,5 dəfə çoxdur.
"Qlobal bazarlarda qiymət artımı ərzaq, enerji resursları və digər həyati vacib malların qıtlığı ən kasıb ölkələrin əksəriyyəti üçün əsl faciəyə çevrilə bilər. Problemin təhlükəsini vurğulayan rəqəmləri sadalayacam: əgər 2019-cu ildə BMT-nin məlumatına görə, dünyada 135 milyon insan kəskin ərzaq qıtlığı yaşayırdı, indi onların sayı 2,5 dəfə artaraq 345 milyon nəfər təşkil edir", - Rusiya Prezidenti vurğulayıb.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.
Müqavilənin imzalanma mərasimi martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.