BAKI, 7 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 1,56 dollar azalaraq 91,27 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,66 dollar ucuzlaşaraq 85,22 dollar olub.
Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,18 dollar azalaraq 96,88 dollar olub.
Neft tələbatı ilə bağlı narahatlıqlar, dolların möhkəmlənməsi neftin qiymətlərini aşağı salır.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollardan götürülüb.