BAKI, 7 sentyabr — Sputnik. "Şimal axını-2" qaz kəməri istismara hazırdır. Rusiya mediası xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
"Xeyr, biz boş yerə heç nə tikmirik, biz müvafiq texnologiyalar almışıq, onları işləyib hazırlamışıq. Lazım gələrsə, "Şimal axını-2"-ni işə salacağıq", - deyə Putin qeyd edib.
55 milyard kubmetr tutumu olan "Şimal axını-2" dəniz qaz kəməri Rusiyanın Leninqrad vilayətinin Kinqisepp rayonundakı "Slavyanskaya" kompressor stansiyasından Almaniyanın Baltikyanı sahillərinə qədər keçir.
"Qazprom" "Şimal axını-2"nin tikintisini təkbaşına başa çatdırıb, çünki ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə onun isveçrəli podratçısı işləri dayandırıb.
Hazırda magistral kəmərin hər iki xətti qazla doldurulub və istismara hazırdır.
Almaniya hakimiyyəti qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb, ABŞ isə "Nord Stream 2 AG" layihə şirkətini sanksiyalar siyahısına daxil edib.