RUSİYA

Rusiyadan dünya bazarına ərzaq çıxışı ilə bağlı verilən vədlər yerinə yetirilmir - Lavrov

Nazir bildirib ki, Moskva münasibətlərin yaxşılaşdırılması üçün Qərb dövlətlərinin təkliflərini dinləməyə hazırdır.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Qərb ölkələri kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışı ilə bağlı BMT ilə memorandumun icrası çərçivəsində Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı vədlərini yerinə yetirmirlər. "RİA Novosti"nin məlumatına əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Qərb siyasətçiləri "taxıl və gübrələrin dünya bazarlarına sərbəst çıxışına mane olan logistik sanksiyaların istisna edilməsi haqqında qərarlar qəbul etmirlər".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Nazir bildirib ki, Rusiya İstanbulda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün BMT ilə işləyir.
Bundan əvvəl Lavrov MDBMİ-nin (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) tələbələri və professor-müəllim heyəti ilə görüşü zamanı bildirmişdi ki, Qərb dövlətləri dialoqa hazır olduqda Moskva münasibətlərin yaxşılaşdırılması üçün təkliflərini dinləməyə hazırdır.
İyulun 22-də Rusiya BMT və Türkiyə ilə Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Ukrayna taxılının ixracının asanlaşdırılmasını nəzərdə tutan "məhsul sazişi"nə dair sənədlər imzalayıb. Ukrayna sazişin öz hissəsini ayrıca imzalayıb.