RUSİYA

Putin "Vostok-2022" təlimlərinə baş çəkib

Rusiya prezidenti Vladimir Putin "Vostok-2022" hərbi təlimləri ilə əlaqədar "Sergeyevski" poliqonundadır.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiya lideri Vladimir Putin Çinlə birgə keçirilən "Vostok-2022" hərbi təlimlərinə gəlib. Bu barədə çərşənbə axşamı, 6 sentyabr 2022-ci ildə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı "Sergeyevski" poliqonundadır. Burada Rusiya prezidenti Müdafiə Nazirliyinin komandanlığı ilə görüş keçirəcək. Görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqunun da iştirak edəcəyi gözlənilir.
Bundan əvvəl Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) "Vostok-2022" hərbi təlimlərində iştirak etdiyi bildirilib. Strateji komanda-qərargah təlimlərində Rusiya və Çin hərbçiləri ilə yanaşı, Belarus, Tacikistan, Hindistan və Monqolustan hərbçiləri də iştirak edirlər.
Xatırladaq ki, "Vostok-2022" hərbi təlimlərinə 1 sentyabr 2022-ci ildə yeddi poliqonda start verilib. Təlimlərin sentyabrın 7-dək davam edəcəyi planlaşdırılır.