RUSİYA

Putin Rusiya müdafiə naziri və Baş Qərargah rəisi ilə qapalı iclas keçirib

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş keçirib.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş keçirir. Bu barədə 6 sentyabr 2022-ci ildə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə məlumat verib.
Rusiya liderinin mətbuat katibi əlavə edib ki, tədbir qapalı rejimdə keçirilib.
Vladimir Putin Çinlə birgə keçirilən "Vostok-2022" hərbi təlimlərinin keçirildiyi yerə gedib. Dövlət başçısı "Sergeyevski" poliqonundadır.
Xatırladaq ki, "Vostok-2022" strateji komanda-qərargah təlimlərində 14 ölkə iştirak edir. Onlara Rusiya hərbçiləri ilə yanaşı, Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistan silahlı qüvvələrinin nümayəndələri də cəlb olunublar.
RUSİYA
Putin "Vostok-2022" təlimlərinə baş çəkib