BAKI, 6 sentyabr — Sputnik. Vaşinqtonun Rusiyaya qarşı oynadığı oyunun təhlükəsi şübhəsiz ki, artır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Beynəlxalq Həyat" jurnalına müsahibəsində deyib.
"Düşünürəm ki, ABŞ administrasiyası Ukraynadan öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı oynadığı oyunun təhlükəsinin artmasını dərk edir", - deyə o bildirib.
Ryabkov qeyd edib ki, ABŞ-ın Rusiyanın bütün təzyiqlərə rəğmən sınmamasından narahatlığı da artmaqdadır: "Moskva öz məqsədlərinə çatmaqda qətiyyətlidir və bu təzyiq altında əyilmir. Baxmayaraq ki, opponentlərin və rəqiblərin təzyiqi mövcuddur".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.