RUSİYA

Lavrondan Borrellin çıxışına münasibət: Rusiya Aİ-nin niyyətini bilmək istəyir

RF xarici işlər naziri bildirib ki, bütün dünya KİV-lərində yayılan xəbərlər təsdiqlənərsə, əlbəttə ki, bu insanlarla necə davranmaq barədə çox böyük suallar yaranacaq.
Sputnik
BAKI, 6 sentyabr — Sputnik. Rusiya Avropa diplomatiyasının rəhbəri Cozef Borrellin ofisindən Rusiyanı "faşist" adlandırması ilə bağlı sözlərinin stenoqramını istədi, lakin mətn hələ təqdim edilməyib. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Taylandın baş nazirinin müavini və xarici işlər naziri Don Pramatvinai ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Bazar ertəsi Praqada Avropa Parlamentinin parlamentlərarası konfransında çıxışı zamanı ondan "Rusiyaya qarşı konkret hərəkətlər" tələb edən deputatların suallarını cavablandıran Borrell doğma ispan dilinə keçib və ingilis dilinə rəsmi tərcüməyə görə, "faşist Rusiyasını və onun faşist rejimini necə məğlub edəcəyi haqqında konkret planın olmaması" ifadəsini səsləndirib.

"Cənab Borrellin ofisi bu xəbərləri dərhal təkzib edərək bildirib ki, o ispan dilində danışır, ingiliscə tərcümədə qeyri-dəqiqlik var. Biz cənab Borrellin ofisindən çıxışın ispan dilində stenoqramını istədik, bizə vermirlər", - deyə Lavrov bildirib.

"Əgər bütün dünya KİV-lərində yayılan xəbərlər təsdiqlənərsə, əlbəttə ki, bizdə bu insanlarla necə davranmaq barədə çox böyük suallar yaranacaq", - deyə Rusiya XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Moskva bu bəyanatlar fonunda Aİ-nin Rusiyadakı yeni daimi nümayəndəsinin hansı xətti tutacağını da bilmək istərdi.
"Cənab Borrell, dediyim kimi, hələ də Aİ-nin xaricdəki nümayəndələrini təyin edən adamdır. Bir həftə əvvəl bizdə Aİ-nin Rusiyadakı Nümayəndəliyinin yeni rəhbəri onun tərəfindən təyin edilib. Əgər cənab Borrell mübarizəni bu qədər instinktiv qəbul edirsə, bunu "faşist rejimi" ilə necə ifadə edir. Onda mən bilmək istərdim ki, o, Moskvadakı nümayəndəsinə hansı göstərişlər verib, bu nümayəndə hansı xətti izləyəcək", - Lavrov vurğulayıb.