BAKI, 6 sentyabr - Sputnik. Xalq artisti Emin Ağalarov italiyalı müğənni Alessandro Safina ilə duetini təqdim edib. Müğənnilər SSRİ Xalq artisti, əfsanəvi azərbaycanlı Müslüm Maqomayevin repertuarından olan "Mavi sonsuzluq" hit mahnını ifa ediblər.
Onlar bu kompozisiyanı ilk dəfə olaraq Maqomayevin 80 illik yubileyinə həsr olunmuş gecədə oxuyublar. Gecə 2022-ci il avqustun 17-də Bakıda Yaşıl teatrda təşkil olunmuşdu.
Onlar mahnını iki dildə - rus və italyan dillərində ifa ediblər. Ağalarovun sözlərinə görə, "JAPA" beynəlxalq musiqi festivalında Alessandro Safina ondan bu mahnını oxumaq barədə xahiş edib.
"Mən zəng etdim və Tamara Sinyavskayadan xahiş etdim, o da razılığını verdi. O vaxtdan Alessandro bu mahnını tez-tez oxuyur. Bu dəfə birlikdə ifa etdiyimiz üçün şadam", - EMİN bildirib.