BAKI, 6 sentyabr — Sputnik. Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu məlumatı qəti surətdə təkzib edirik", - Nazirlik qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.
Bildiririk ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.