BAKI, 6 sentyabr - Sputnik. Bakı Ekspo Mərkəzində “ADEX” - IV Azərbaycan Beynəlxalq Müdafiə sərgisi işinə başlayıb.
Sərgidə Azərbaycanın hərbi texnikasının və dünyanın aparıcı silah şirkətlərinin yenilikləri nümayiş etdirilir. Burada 26 ölkədən 200-dən çox şirkət iştirak edir, onlar öz ekspozisiyalarını üç pavilyonda və Bakı Ekspo Mərkəzinin açıq meydançasında nümayiş etdirirlər.
İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Hollandiya və digər ölkələrin aparıcı müdafiə şirkətləri var.
Sərgidə Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələrin milli stendləri də nümayiş etdirilir. ADEX sərgisində ilk dəfə İordaniya şirkətləri də iştirak edir.
Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra ilk dəfə keçirilən ADEX sərgisi xüsusi əhəmiyyət kəsb edir. Tədbir Azərbaycan ordusunun qələbəsində müstəsna rol oynamış müasir silahların əhəmiyyətini vurğulamaq, Azərbaycanın hərbi sənaye kompleksinin qüdrətini nümayiş etdirmək üçün nəzərdə tutulub.