BAKI, 5 sentyabr — Sputnik. Avropanın Rusiya qazını almamaq üçün hansı qənaət tədbirlərinə əl atmalı olduğu və yerli əhalinin buna necə reaksiya verməsi barədə – "Sputnik rus dilində"nin materialında.
Avropa Rusiya ilə qaz tədarükü ilə bağlı danışıqlardan imtina edir və artıq enerji xərclərinə ciddi nəzarət tətbiq etməklə qarşıdan gələn soyuq havalara hazırlaşır.
Qənaət tədbirləri artıq, demək olar ki, bütün Avropa ölkələrini əhatə edib - İsveçrədə funikulyorları dayandırmaq istəyirlər, Fransada gecələr işıqlı reklamları qadağan ediblər.
Almaniyada hətta ticarət mərkəzlərində eskalatorları saxlayıb, bir sıra işıqforları da söndürüblər.
Bu və digər hər şey haqqında - "Sputnik rus dilində"nin videosunda.