DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müdafiə naziri ABŞ-a getdi

Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib. Bu barədə Ermənistan müdafiə idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib", - məlumatda deyilir.
Suren Papikyanın ABŞ-a səfərinin məqsədi və proqramı barədə məlumat verilmir.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Yerevana bir neçə saatlıq təcili səfər etmişdi.
Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan amerikalı qonağa regiondakı vəziyyəti, mövcud problemləri, eləcə də İrəvanın regional sülh və sabitliyin bərqərar olmasına yanaşmasını təqdim edib.
Qeyd olunur ki, Armen Qriqoryan amerikalı qonağa regiondakı vəziyyəti, mövcud problemləri, eləcə də İrəvanın regional sülh və sabitliyin bərqərar olmasına yanaşmasını təqdim edib.
Xatırladaq ki, ötən ilin noyabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib:
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub.