"Doğrudur, problemlər var. Amma bizim kino xəzinəmiz var. Onu göstərmək lazımdır. Rasim Ocaqovun yaradıcılığı təkcə "Təhminə"dən ibarət deyil. Eləcə də digər rejissorlarımızın da xeyli sayda filmləri var ki, bu gün Azərbaycan tamaşaçısı o filmlərdən xəbərsizdir".
"1969-cu ilə animator rəssamlıq kursları açıldı. O vaxtdan mən də bu sənəti öyrənməyə başladım. Ondan sonra rejissor kimi işləməyə başladım. İndiyə qədər yüzlərlə cizgi filmi çəkmişik. Amma onların çox az qismi göstərilir. Azərbaycan tamaşaçısı cizgi filmi deyəndə "Tıq-tıq xanım"ın, "Cırtdan"ın adını çəkir. Təəssüf ki, 150-dən artıq çəkilmiş cizgi filmlərini televiziyalar nümayiş etdirmirlər. Yapışıblar 1974-cü ildə çəkilən "Tıq-tıq xanım"dan".
"Televiziyaların öz səviyyələri, əqli səviyyələri, peşəkarlıq səviyyələri və mənəvi simaları zəifdir. Azərbaycan televiziyası və "İtv"dən başqa, digər kanallar bir öz səviyyələrinə baxsınlar, bir də Azərbaycan kinosunun səviyyəsinə baxsınlar. Bədnam aparıcılarının apardığı verilişlərə də baxsınlar, milli kinolarımıza da".
"Hər il yenilənən müqavilələrə yeni çəkilmiş filmlər də əlavə olunur. O ki qaldı televiziyaların hansı filmi nümayiş edib-etməməsi, bu sırf telekanalın proqram direktoruna bağlıdır. Biz onlara müdaxilə edə bilmərik. İldə bir dəfə monitorinq aparılır. Azərbaycanfilm Rejissorlar Gildiyası ilə də müqavilə bağlayırıq. Televiziyalardan gələn gəlirin 18 faizi Rejissorlar Gildiyasının hesabına köçürülür".