HADİSƏ

Lerikdə avtobus qəzaya uğrayıb - ölən və yaralananlar var

Hadisənin Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlərin geri qayıtdığı zaman baş verdiyi bildirilir.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. “Report”un məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
Avtobusun qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub. Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri:
Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü),
Kərimova Nazilə Ağəli qızı (1958),
Fərəcova Şərafət Ənvər qızı (1959),
İbrahimova Əsbət Ağabala qızı (1952),
Qurbanova Gülər Məmmədağa qızı (1959).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Bildirilir ki, qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
"APA"nın xəbərinə görə, hadisə Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.