DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kölndə anti-Rusiya sanksiyalarına və Kiyevə silah verilməsinə qarşı mitinq keçirilib

Polisin məlumatına görə, rusiyapərəst yürüş iştirakçılarına doğru butulkalar və fişənglər atılmasına rəğmən, aksiya zamanı böyük insidentlər baş verməyib.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Bazar günü Almaniyanın Köln şəhərində Rusiyaya qarşı sanksiyalara və alman silahlarının Ukraynaya tədarükünə qarşı mitinq və rusiyayönlü aksiyaya etiraz aksiyası keçirilib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün Kölndə bir neçə yüz rusiyapərəst nümayişçi Ukraynaya alman silahlarının verilməsinə və Rusiyaya qarşı tətbiq edilən sanksiyalara etiraz edib.
Onlar həmçinin Almaniya və Rusiya bayraqlarını dalğalandırarkən “Şimal axını 2” qaz kəmərinin istismara verilməsini tələb ediblər", - deyə Stern nəşri məlumat yayıb.
Mitinqin təşkilatçılarının Donbas regionu üçün ianə topladığı da qeyd edilir.
Paralel olaraq Ukraynaya dəstək və rusiyayönlü aksiyaya qarşı nümayiş də keçirilib. Rusiyapərəst yürüş iştirakçılarına doğru butulkalar və fişənglər atılıb.
Polisin məlumatına görə, aksiya böyük insidentlər olmadan keçib. "Kölner Stadt-Anzeiger" şəhər nəşri yazır ki, rusiyapərəst nümayişçiləri hüquq-mühafizə orqanlarının böyük kontingenti müşayiət edib.
Yürüşün başladığı Köln mərkəzi kilsəsinin qarşısındakı Ronkalliplatzda 25 polis avtomobili olub.
Nəşr polisə istinadən xəbər verir ki, rusiyayönlü yürüşdə 1000-dən 2000-ə qədər iştirakçı iştirak edib.