CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yay ən isti hava Hacıqabulda qeydə alınıb - 43°

Milli Hidrometeorologiya Xidməti sentyabrın 6-sı gündüzdən 8-i səhərədək ölkə ərazisində fasilələrlə yağış yağacağı barədə xəbərdarlıq edib.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Bu yay ölkə ərazisində havanın temperaturu iqlim normasından 7.0° yüksək olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan MR-da 40°-dək, dağlıq rayonlarda 36-dək° isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.
O da bildirilir ki, 28 gün davam edən isti və quraq havanın şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında proses sentyabrın 05-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
Yağış barədə xəbərlarlıq
Sentyabrın 6-sı gündüzdən 8-i səhərədək ölkə ərazisində fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 05-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Bakıda yağışlı hava, arxiv şəkli
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.