RUSİYA

Analitik: Bəzi Avropa ölkələri avrodan imtina edə bilərlər

Bank analitiki Mixail Vasilyev bildirib ki, yeni hakimiyyətlər milli valyutaya qayıda bilərlər.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. İtaliya, Yunanıstan, İspaniya və Portuqaliya Avropa valyutasından imtina edə bilər. "Praym" agentliyi xəbər verir ki, bunu banklar üzrə mütəxəssis Mixail Vasilyev bildirib.
Analitik hesab edir ki, iqtisadi vəziyyətin pisləşməsi və Avropa dövlətlərinin sakinlərinin narazılığının artması ilə əlaqədar Aİ ölkələrində hakimiyyət dəyişikliyi ola bilər.
Vasilyev həmçinin yeni hakimiyyətlərin milli valyutaya qayıda biləcəkləri fikrini də dilə gətirib.
Aİ bayrağı, arxiv şəkli
Onun sözlərinə görə, bundan əlavə, yeni hökumətlər sosial xərclərin artırılmasına və avrozonadan çıxmağa çağıra bilərlər.
Bir müddət əvvəl bildirildi ki, Rusiya Federasiyasının sakinləri son vaxtlar valyuta məzənnələri ilə daha az maraqlanmağa başlayıblar. Araşdırmanın nəticələrinə görə, ölkənin sakinlərinin 39% - i valyuta məzənnəsini izləyir.
Xatırladaq ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının "toksik" dollar və avrodan uzaqlaşacağını bildirib.