RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Ukrayna ötən gün Nikolayev-Krivoy Roq istiqamətində 230-dan çox hərbçi itirib

Ukrayna ordusu Kiyev Nikolayev-Krivoy Roq istiqamətində müəyyən ərazilərdə möhkəmlənmək üçün uğursuz cəhdlərini davam etdirib.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Ukrayna Nikolayev-Krivoy Roq istiqamətində hücumunu davam etdirib.
APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu Kiyev Nikolayev-Krivoy Roq istiqamətində müəyyən ərazilərdə möhkəmlənmək üçün uğursuz cəhdlərini davam etdirib.
"Gün ərzində burada Ukraynanın itkiləri 23 tank, 27 piyada döyüş maşını, 230-dan çox hərbçi olub. Ukraynaya məxsus iki Su-25, Xerson vilayətində, bir MiQ-29 isə Dnepropetrovsk vilayətində vurulub. Ukrayna qoşunlarının ağır itkiləri Nikolaev vilayətindəki xəstəxanalarda çarpayıların və qan ehtiyatlarının kəskin çatışmazlığına səbəb olub", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Yohan Bekman: Qərb ölkələrinin Ukraynaya silah tədarükü qeyri-qanunidir