RUSİYA

Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğan Putinlə telefon danışığında Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Ərdoğan Putinlə telefon danışığında Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib, siyasətçinin bütün dünya tarixindəki rolunu qeyd edib.
Türkiyə prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd edib. Həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələləri müzakirə edilib.
RUSİYA
Putin "Vostok-2022" təlimlərini ziyarət etmək niyyətindədir