BAKI, 3 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.
APA-nın məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.
Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.
Xatırladaq ki, analoji hadisə bir müddət öncə Qazaxda da baş vermişdi. Həmin bölgədə 16 yaşlı yeniyetmə Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulmuşdu.